...

Budapeştdə "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" konfransı başa çatıb

Siyasət Materials 25 Noyabr 2010 20:16 (UTC +04:00)
Cümə axşamı Macarıstanın paytaxtı Budapeşt şəhərində "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusunda keçirilən beynəlxalq elmi konfrans öz işini başa çatdırıb.
Budapeştdə "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" konfransı başa çatıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Cümə axşamı Macarıstanın paytaxtı Budapeşt şəhərində "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusunda keçirilən beynəlxalq elmi konfrans öz işini başa çatdırıb. Bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin məlumatında deyilir.

Səfirliyin Azərbaycan və Macarıstan Elmlər akademiyaları, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi konfransda dörd gün ərzində 50-yə yaxın elmi məruzə dinlənilib və geniş müzakirələr keçirilib.

Azərbaycan, Macarıstan, Türkiyə, Ukrayna, Polşa və Bolqarıstandan olan alimlərin qatıldıqları elmi müzakirələrdə tarix, arxeologiya, etnoqrafiya, dil, ədəbiyyat, musiqi, iqtisadiyyat və başqa sahələr diqqət mərkəzində olub. Konfransın gedişində ötənilki IV konfransın iki cilddə çap olunmuş materiallarının təqdimat mərasimi də keçirilib.

Konfransın işinə yekun vuran Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev beynəlxalq elmi tədbiri Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik korpus qarşısında qoyduğu informasiya hücumunun həyata keçirilməsi istiqamətində növbəti addım kimi dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti