...

Demokratiya Uğrunda İttifaq bəzi İran rəsmilərini Azərbaycanın daxili işlərinə qarışmamağa çağırır

Siyasət Materials 17 Yanvar 2011 14:53 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurası son dövrlər İran İslam Respublikasının bəzi rəsmilərinin Azərbaycan dövləti əleyhinə bəyanatlar verməsinə, hədə xarakterli açıqlamalarla çıxış edilməsinə etirazını bildirib.
Demokratiya Uğrunda İttifaq bəzi İran rəsmilərini Azərbaycanın daxili işlərinə qarışmamağa çağırır

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir T.Hacıyev/

Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurası son dövrlər İran İslam Respublikasının bəzi rəsmilərinin Azərbaycan dövləti əleyhinə bəyanatlar verməsinə, hədə xarakterli açıqlamalarla çıxış edilməsinə etirazını bildirib. Trend-in Klassik Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, DUİ Sədrlər Şurası bazar ertəsi keçirilən toplantısında qonşu dövlətin hakim rejimini Azərbaycanın daxili işlərinə qarışmamağa, Azərbaycan iqtidarını isə müvafiq tədbirlər görməyə çağırıb.

DUİ Sədrlər Şurası Məclisin təşkili ilə bağlı müzakirələri də davam etdirib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Xəbər lenti

Xəbər lenti