...

Ermənistandakı AES istənilən an partlaya bilən atom bombasıdır - türkiyəli ekspert

Siyasət Materials 15 Mart 2011 15:54 (UTC +04:00)
"Metsamor" AES-in birinci nəsil nüvə texnologiyası əsasında tikilməsini və seysmik aktiv ərazidə yerləşdiyini nəzərə alaraq, hazırda bu stansiya həm Ermənistan, həm də qonşu ölkələr üçün təhlükə törədir.
Ermənistandakı AES istənilən an partlaya bilən atom bombasıdır - türkiyəli ekspert

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Tağıyeva/

"Metsamor" AES-in birinci nəsil nüvə texnologiyası əsasında tikilməsini və seysmik aktiv ərazidə yerləşdiyini nəzərə alaraq, hazırda bu stansiya həm Ermənistan, həm də qonşu ölkələr üçün təhlükə törədir. Türkiyəli ekspert Sinan Oğan belə hesab edir.

"Bu, sadəcə atom enerjisi stansiyası yox, istənilən dəqiqədə partlaya bilən atom bombasıdır", - Trend-ə Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri, Türkiyə-Azərbaycan Cəmiyyətinin (TAD) sədri, Trend-in Ekspert Şurasının üzvü Sinan Oğan deyib.

Öz işinə 1976-cı ildən başlayan "Metsamor" AES Ermənistan paytaxtı Yerevanın qərbindən 30 kilometrlikdə seysmik aktiv zonada yerləşir. 1988-ci ildə Spitakda dağıdıcı zəlzələdən sonra Ermənistan hakimiyyəti "Metsamor" AES-i bağlamaq qərarına gəlmişdi. Lakin iqtisadi çətinliklər ölkə hakimiyyətini AES-i 1993-cü ildə yenidən işə salmağa məcbur edib. Rektorun istismar müddəti 2001-ci ildə başa çatıb.

Oğan hesab edir ki, Yaponiyadakı AES-də baş verən partlayış hamı üçün dərs olmalıdır və dünya ictimaiyyəti Ermənistanda azı yeddi bal gücündə zələzələnin baş verəcəyi təqdirdə, hansı nəticələrin ola biləcəyi barədə düşünməlidir.

"Yaponiyadakı AES üçüncü nəsil nüvə texnologiyaları əsasında tikilib, halbuki "Metsamor" atom stansiyası birinci nəsil nüvə texnologiyalarına əsasən tikilib və bu, onun region üçün təhlükəsini gücləndirir", - o əlavə edib.

Oğanın sözlərinə görə, Ermənistanın qeyri-demokratik ölkə olduğunu nəzərə alaraq, ölkə əhalisi bu stansiyanın işinə etiraz edə bilmir.

Xəbər lenti

Xəbər lenti