...

ABŞ dövlət katibinin köməkçisinin Qafqaz məsələləri üzrə yeni müavini təyin olunub

Siyasət Materials 20 İyul 2011 13:41 (UTC +04:00)
Son zamanlar ABŞ-ın Rusiyadakı səfirinin müavini işləyən Erik Rubin ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni müavini təyin olunub.
ABŞ dövlət katibinin köməkçisinin Qafqaz məsələləri üzrə yeni müavini təyin olunub

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir V.Javoronkova/

Son zamanlar ABŞ-ın Rusiyadakı səfirinin müavini işləyən Erik Rubin ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni müavini təyin olunub. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. Onun səlahiyyətlərinə Cənubi Qafqaz ölkələrinə, Türkiyəyə, Yunanıstana və Kiprə nəzarət də daxildir.

Diplomat Erik Rubin bu postda Tina Kaydanovu əvəz edib.

Gürcüstan XİN-dən Trend-ə bildirilib ki, Erik Rubin yeni vəzifədə bu günlərdə Vaşinqtonda keçirilən Gürcüstan-Amerika strateji tərəfdaşlıq xartiyası çərçivəsində müdafiə və təhlükəsizlik məsələləri üzrə işçi qrupun görüşündə iştirak edib.

Orada ABŞ müdafiə nazirinin köməkçisi Aleksandr Verşbou da iştirak edib.

Xəbər lenti

Xəbər lenti