...

Polşa Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Siyasət Materials 26 İyul 2011 13:50 (UTC +04:00)
Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri iyulun 26-da başa çatıb
Polşa Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri iyulun 26-da başa çatıb.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Polşa Respublikasının Prezidenti Bronislav Komorovskini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Xəbər lenti

Xəbər lenti