...

İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

Siyasət Materials 16 Avqust 2011 18:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Susilo Bambanq Yudhoyonoya təbrik məktubu ünvanlayıb
İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Susilo Bambanq Yudhoyonoya təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün bundan sonra da birgə səylər göstərəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına sülh və firavanlıq arzulayıram" İlham Əliyevin təbrik məktubunda deyib.

Xəbər lenti

Xəbər lenti