...

İlham Əliyev Şamaxıda Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanış olub (FOTO)

Siyasət Materials 13 Sentyabr 2011 16:55 (UTC +04:00)
Sentyabrın 13-də Prezident İlham Əliyev Şamaxıya səfəri çərçivəsində Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanış olub
İlham Əliyev Şamaxıda Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanış olub (FOTO)

Sentyabrın 13-də Prezident İlham Əliyev Şamaxıya səfəri çərçivəsində Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanış olub.

Trend-in məlumatına görə, dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, burada yenidənqurma işlərinə ötən il başlanmışdır. Layihəyə əsasən 2,5 min kvadratmetr sahəsi olan əsas binanın və digər yardımçı binaların fasadı müasir örtüklə və xüsusi dizayna malik şüşələrlə üzlənir. Komplektin bütün elektrik, işıqlandırma, havalandırma, su təchizatı və kanalizasiya sistemləri yenilənir.

Bildirildi ki, komplektin böyük idman zalında da yenidənqurma işləri aparılır, burada idmanın bütün növləri üzrə yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır. Üzgüçülük hovuzunun tavanı iki metrədək qaldırılmışdır. Dam örtüyünün metal konstruksiyaları dəyişdirilmişdir. Hovuz yeni müasir avadanlıqla təchiz edilir. Hazırda hovuzda havalandırma və sutəmizləyici qurğular quraşdırılır.

Prezident İlham Əliyev kompleksin maketi və inşaat işlərindən sonrakı görüntüsünü əks etdirən stendlərlə tanış oldu.

Dövlətimizin başçısı burada inşası nəzərdə tutulan "Olimpik" hotelinin görüntülərini əks etdirən filmə baxdı.

Məlumat verildi ki, kompleksdə məşqlər üçün 1500 kvadratmetrlik yeni idman zalı yaradılır. Binanın daxilində trenajor, fitnes, konfrans zalları və sauna qurulacaqdır. Ərazidə yerləşən oyun meydançalarının hamısının örtükləri dəyişdirilir.

Azərbaycan Prezidenti stadionla tanış oldu. Bildirildi ki, iki min nəfərlik tribunası olan stadion beynəlxalq standartlara uyğun inşa edilir. Artıq stadionun tribuna hissəsi və oyun meydanının tikintisi başa çatdırılmışdır. Burada altıcərgəli yeni qaçış zolağı da salınır.
Ərazidə müasir tələblərə uyğun 8 kottec inşa edilir. Bu kotteclərdə ümumilikdə 60 nəfəri yerləşdirmək mümkün olacaqdır.

Bildirildi ki, kompleksin ərazisini sel sularından qorumaq üçün uzunluğu 500 metr olan suötürücü beton kanal tikilir. Görülən yenidənqurma işləri nəticəsində kompleksin ərazisi genişləndirilərək 6 hektara çatdırılmışdır.

Prezident İlham Əliyev görülən işlərlə bağlı tövsiyə və tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti