...

Türkiyə İraqın şimalında yerüstü əməliyyatların başlanmasını nəzərdən keçirir – nazir

Siyasət Materials 29 Sentyabr 2011 17:41 (UTC +04:00)
Türkiyə İraqın şimalında yerüstü əməliyyatlara başlamaq məsələsinə baxır və əgər Türkiyənin təhlükəsizlik qüvvələri yerüstü əməliyyatların zəruri olduğunu qərara alsa, o zaman ölkə hakimiyyəti müvafiq tədbirlər görəcək.
Türkiyə İraqın şimalında yerüstü əməliyyatların başlanmasını nəzərdən keçirir – nazir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə İraqın şimalında yerüstü əməliyyatlara başlamaq məsələsinə baxır və əgər Türkiyənin təhlükəsizlik qüvvələri yerüstü əməliyyatların zəruri olduğunu qərara alsa, o zaman ölkə hakimiyyəti müvafiq tədbirlər görəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin müdafiə naziri İsmət Yılmaz cümə axşamı jurnalistlərə bildirib. Məlumatı "Anadolu" agentliyi yayıb.

Nazirin sözlərinə ğörə, Türkiyə ölkədə terror tamamilə məhv edilənədək, terrorizmlə mübarizəni davam etdirəcək.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti