...

Xəzərdə fövqəladə halların aradan qaldırılması üzrə təlim keçilib

Siyasət Materials 30 Sentyabr 2011 11:51 (UTC +04:00)
Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın xilasediciləri Xəzərdə fövqəladə halların aradan qaldırılması üzrə hərəkətləri məşq ediblər.
Xəzərdə fövqəladə halların aradan qaldırılması üzrə təlim keçilib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın xilasediciləri Xəzərdə fövqəladə halların aradan qaldırılması üzrə hərəkətləri məşq ediblər.

"Dünən Xəzər dənizinin şimal hissəsində yerləşən "LUKOYL-Nijnevoljskneft"in Y.Korçagin adına neft hasilatı platformasında "Kaspi-2011" beynəxalq kompleks təlimləri keçirilib. Təlimlərə FHN rəhbərinin müavini Aleksandr Çupriyan rəhbərlik edib", - Trend-in məlumatına görə, RF FHN-in İnformasiya İdarəsindən İTAR-TASS agentliyinə bildirilib.

Təlimlərdə Azərbaycan, Qazaxıstan və Türkmənistanın FHN-in nümayəndələri də iştirak ediblər.

Təlimlərin ssenarisinə görə, qasırğa zamanı naməlum gəmi ilə toqquşan tanker ekipajla birgə batır. Toqquşma zamanı tankerdə yanğın baş verir. "Təlimlər zamanı xilasedicilər adamların axtarışı və xilas edilməsi, yaralılara ilk tibbi yardımın göstərilməsi, qəzaya uğramış gəmidə yanğının söndürülməsi, fövqəladə vəziyyət zonasında olan sualtı obyektlərin və tikililərin vəziyyətinin dalğıcların və sualtı robotların cəlb olunması ilə yoxlanılmasını məşq ediblər", - nazirliyin məlumatında deyilir.

Çupriyan qeyd edib ki, "Kaspi-2011" beynəxalq təlimləri real vəziyyətə maksimum yaxınlaşdırılmış şəraitdə Xəzər dənizinin şimal hissəsində fövqəladə hallar üzrə Rusiya, Azərbaycan, Qazaxıstanın xilasetmə xidmətlərinin birgə reaksiyası məsələlərini məşq etməyə imkan verib".

Onun sözlərinə görə, təlimlər bütün iştirakçıların qüvvələrinin hərəkətlərinin uyğunluğunu və yüksək hazırlığını nümayiş etdirib.

Xəbər lenti

Xəbər lenti