Azərbaycan, Bakı, 13 noyabr /T.Cəfərov/
İranda Möhsen Fəthi adlı jurnalist BBC yayım şirkətinin Fars xidməti ilə əməkdaşlığda ittiham olunaraq həbs edilib.
Trend-in İranın Fars agentliyinə istinadən verdiyi məlumata görə, jurnalist həmçinin yalan xəbərlərin yayımlanmasında ittiham olunur.
Eyni zamanda, BBC-nin Fars xidmətinin öz saytında yerləşdiyi məlumatda bildirilir ki, xidmətin İranda ofisi mövcud deyil və onun əməkdaşları bu ölkədə çalışmır.
İranda jurnalist BBC ilə əməkdaşlığa görə həbs olunub
İranda Möhsen Fəthi adlı jurnalist BBC yayım şirkətinin Fars xidməti ilə əməkdaşlığda ittiham olunaraq həbs edilib.
