Azərbaycan, Bakı, 30 may /Trend, müxbir S.Ağayeva/
İyunun 3-5-də Andorranın xarici işlər naziri Qilbert Saboya Sunye Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
Sunyenin rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Abdullayevin sözlərinə görə, səfərin gedişində ikitərəfli münasibətlər müzakirə olunacaq.