...

Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərdə birgə əməliyyat keçirib

Siyasət Materials 2 İyun 2012 10:42 (UTC +04:00)
Azərbaycan, Rusiya və Qazaxıstanın sahil dəstələri iki ay davam edən "Putin" əməliyyatı zamanı Xəzər akvatoriyasından uzunluğu 130 kilometrdən çox tor və 670 qarmaq aləti ələ keçiriblər.
Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərdə birgə əməliyyat keçirib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Azərbaycan, Rusiya və Qazaxıstanın sahil dəstələri iki ay davam edən "Putin" əməliyyatı zamanı Xəzər akvatoriyasından uzunluğu 130 kilometrdən çox tor və 670 qarmaq aləti ələ keçiriblər. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Biz "Putin" əməliyyatını Həştərxan bölgəsi və Dağıstan Respublikası, habelə Qazaxıstan və Azərbaycanın sahil qurumları ilə birgə keçirmişik. Birgə səylər nəticəsində dövlət sərhədini pozan 20-dən çox insan və sərhəd, sərhədyanı ərazilərdə rejimi pozan 130 nəfər saxlanılıb. 25-dən çox gəmi və 800 kiçikölçülü üzmə vasitələri yoxlanılıb, 90-dan çox motorlu qayıq ələ keçirilib. Sərhədyanı ərazilərdə qurulan 5 brakonyer dayanacağı aşkar edilərək məhv edilib", - bunu Rusiya Federal Təhlükəsizlik Xidməti İdarəsinin Həştərxan üzrə Sərhədyanı İdarəsinin mətbuat katibi İrina Qafurova bildirib.

Onun sözlərinə görə, saxlanılan brakonyerlərdən təqribən 1 ton nərə balıq növləri ələ keçirilib. Canlı olaraq aşkar edilən balıqlar qanuna uyğun olaraq dənizə buraxılıb.

Ümumilikdə, 2 min tondan çox nərə balığı xilas edilib.

Xəbər lenti

Xəbər lenti