...

ATƏT Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini alqışlayır

Siyasət Materials 5 İyun 2012 04:35 (UTC +04:00)
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç bazar ertəsi sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin vaxtından qabaq həbsdən azad edilməsini alqışlayıb. Trend-in məlumatına görə, bu barədə qurumun saytında yerləşdirilən məlumatda bildirilir.
ATƏT Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini alqışlayır

Azərbaycan, Bakı, 4 iyun /Trend /

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç bazar ertəsi sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin vaxtından qabaq həbsdən azad edilməsini alqışlayıb. Trend-in məlumatına görə, bu barədə qurumun saytında yerləşdirilən məlumatda bildirilir.

"Hacıyevin azad edilməsi haqda qərar müsbət addımdır" deyə Miyatoviç bildirib.

Bazar ertəsi Ali Məhkəmənin qərarı ilə sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyev həbsdən azad olunub. Bu barədə Trend-ə Ali Məhkəmədən məlumat verilib.

Qeyd edək ki, Hacıyev ötən il martın 4-də həbs olunub.

Hacıyev Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə ittiham olunaraq iki il müddətinə həbs olunmuşdu.

Ali Məhkəmədən Trend-ə bildirilib ki, Hacıyevin cəzasının başa çatmasına 9 ay vaxt qalmışdı. O, Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti