...

Qonşu ölkələr Türkiyənin pilotsuz təyyarələrinə maraq göstərirlər

Siyasət Materials 12 İyun 2012 11:00 (UTC +04:00)
İyun ayının sonunda Türkiyə Silahlı Qüvvələrinə veriləcək ölkənin ilk pilotsuz kəşfiyyat uçuş aparatı "Anka" qonşu ölkələrin diqqət mərkəzinə düşüb.
Qonşu ölkələr Türkiyənin pilotsuz təyyarələrinə maraq göstərirlər

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Tağıyeva/

İyun ayının sonunda Türkiyə Silahlı Qüvvələrinə veriləcək ölkənin ilk pilotsuz kəşfiyyat uçuş aparatı "Anka" qonşu ölkələrin diqqət mərkəzinə düşüb.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Türkiyə Dövlət Aerokosmik Sənaye Şirkətinin baş direktoru Məhərrəm Dörtkaşlı bildirib.

"Fars körfəzi ölkələri, Pakistan, digər Asiya ölkələri, o cümlədən türkdilli dövlətlər "Anka" pilotsuz təyyarələrini almaq istəklərini bildiriblər", - Dörtkaşlı deyib.

Onun sözlərinə görə, Türkiyə bir sıra ölkələrlə artıq müvafiq müqavilənin bağlanması ərəfəsindədir.

Xəbər lenti

Xəbər lenti