...

AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini qəbul edəcək

Siyasət Materials 25 İyun 2012 15:11 (UTC +04:00)
Bu həftə AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini qəbul edəcək.
AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini qəbul edəcək

Fransa, Strasburq, 25 iyun / Trend, müxbir A.Məhərrəmli/

Bu həftə AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini qəbul edəcək.

"Bu görüşdə Dağlıq Qarabağ üzrə Alt Komitənin gələcək fəaliyyətini müzakirə edəcəyik", - Trend-in məlumatına görə, bu barədə AŞPA-nın yaz sessiyasının birinci iş günündə Dağlıq Qarabağa dair Alt Komitənin gələcək fəaliyyətinə dair suala cavabında qurumun sədri Jan-Klod Minyon deyib.

"Bu görüşdə məsələyə dair veriləcək qərar AŞPA-nın Büro iclasına təqdim olunacaq. AŞPA sədri kimi yox, şəxsi mövqeyim budur ki, mən Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin davam etdirilməsinin əleyhinəyəm. Bu məsələnin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, mən Minsk qrupuna etimad göstərilməsinə və münaqişənin həlli ilə bağlı ona arxalanmağa cəhd edəcəyəm", - Minyon əlavə edib.

Onun sözlərinə görə, bundan əlavə, Minsk qrupunun münaqişənin həllinə dair təkliflərinin irəli sürülməsində daha irəli gedilməlidir.

"Münaqişənin həllinə kömək edəcək təkliflər verə bilərdilər. Minsk qrupu daha operativ və effektiv olmalıdır. Mən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olacaq strukturların multiplikasiyasında maraqlı deyiləm və buna lüzum görmürəm. Artıq Minsk qrupu kimi bir struktur var. Bu, Dağlıq Qarabağ münaqişəsi kimi həssas məsələdə qarışıqlıq yaradar. Münaqişənin həlli ilə bağlı məsələdə uyğun və effektiv şəkildə fəaliyyət göstərmək bizim marağımızdadır. Əks halda deyirik ki, Minsk qrupu öz işini görmür və o, ləğv edilir. Şəxsi qənaətim budur ki, Minsk qrupu fəaliyyətini davam etdirməlidir. O, fəaliyyətini davam etdirməyə layiqdir. İlk vaxtlardan Alt Komitənin yaradılmasının əlaeyhinə olmuşam, fikrim dəyişməyib, bunlar mənim şəxsi fikrilərimdir", - AŞPA sədri deyib.

Minyon qeyd edib ki, əgər Büro Alt Komitənin fəaliyyətini davam etdirməsinə qərar verərsə, o, buna hörmətlə yanaşacaq.

Xəbər lenti

Xəbər lenti