...

Portuqaliya Suriyanın Türkiyəyə qarşı hərəkətlərini pisləyir

Siyasət Materials 27 İyun 2012 13:02 (UTC +04:00)
Portuqaliya Suriya tərəfinin iyunun 22-də Türkiyəyə məxsus təyyarəni vurması ilə bağlı hərəkətini pisləyir.
Portuqaliya Suriyanın Türkiyəyə qarşı hərəkətlərini pisləyir

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Ə.Həsənov /

Portuqaliya Suriya tərəfinin iyunun 22-də Türkiyəyə məxsus təyyarəni vurması ilə bağlı hərəkətini pisləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Sakadura Kabral Portaş bildirib.

"Portuqaliya Türkiyənin çox yaxın dostudur və biz Suriya qoşunlarının türk təyyarəsini vurmasından çox narahatıq", - Portaş deyib.

Nazirin sözlərinə görə, bu, təxribatdır.

"Suriya rejimi anlamalıdır ki, buna oxşar hərəkətlər beynəlxalq praktikada yolverilməzdir", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti