...

Rusiya və Azərbaycanın münasibətləri yüksək templərlə inkişaf edir – səfir

Siyasət Materials 28 İyun 2012 12:27 (UTC +04:00)
Rusiya və Azərbaycan münasibətləri xüsusilə son illərdə yüksək templərlə inkişaf edir.
Rusiya və Azərbaycanın münasibətləri yüksək templərlə inkişaf edir – səfir

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya və Azərbaycan münasibətləri xüsusilə son illərdə yüksək templərlə inkişaf edir. Trend-in məlumatına görə, bunu "Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun açılışında RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Onun sözlərinə görə, 2011-ci il rekord il olub. Belə ki, RF-nin yeddi subyektinin nümayəndələri Azərbaycanda olub. Tərəflər Azərbaycanla Rusiya regionları arasında əməkdaşlıq haqqında altı sənəd imzalayıblar. Və bu gün tərəflər, o cümlədən regional səviyyədə inkişaf edən əlaqələrdən əldə olunan real nəticələri hiss edirlər.

"İki ölkə arasında mövcud olan rekord mal dövryyəsinə regionlar Rusiya və Azərbaycan əməkdaşlığının hər bir sahəsinə olduğu kimi nəzərəçarpan töhfə veriblər", - səfir deyib.

"Rusiya və Azərbaycan münasibətlərinin qalası gələcəkdə bizim əməkdaşlığımızın regional komponenti ilə daha çox böyüyəcək", - Doroxin bildirib.

"Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu Bakıda cümə axşamı öz işinə başlayıb. Forumda RF-nin mərkəzi və regional orqanlarının, iri, orta və kiçik biznesin, Rusiya və Azərbaycan QHT-lərinin nümayəndələri iştirak edirlər.

Forum Rusiya və Azərbaycanın Prezident administrasiyalarının dəstəyi ilə "Avrasiya Araşdırmaları İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti