...

Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıq imkanları və enerji layihələri müzakirə olunub

Siyasət Materials 28 İyun 2012 20:39 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Prezidentinin strateji məsələlər, təhlükəsizlik və xarici siyasət üzrə məsləhətçisi İulian Çifunu qəbul edib.
Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıq imkanları və enerji layihələri müzakirə olunub

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Prezidentinin strateji məsələlər, təhlükəsizlik və xarici siyasət üzrə məsləhətçisi İulian Çifunu qəbul edib.

XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlıq imkanları və regional proseslər, eləcə də enerji layihələri barədə müzakirələr aparılıb.

Azərbaycanın geostrateji əhəmiyyətini qeyd edən İulian Çifu ölkəmizin Əfqanıstandakı sülhməramlı fəaliyyətini və tranzit ölkə kimi regiondakı rolunu yüksək qiymətləndirib. Rumıniyalı qonaq, həmçinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən 20-ci sammitində imzalanan Yekun Bəyannamənin əhəmiyyətini də vurğulayıb.

Məmmədyarov Azərbaycanın regionda apardığı xarici siyasətinin ölkəmizin milli maraqları üzərində qurulduğunu diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti