...

Mixail Saakaşvili: Yeni parlament çoxluğu yeni hökuməti formalaşdırmalıdır

Siyasət Materials 2 Oktyabr 2012 16:47 (UTC +04:00)
Gürcüstan Prezidenti parlamentin yeni sədrinin təsdiq edilməsində və yeni hökumətin və onun rəhbərinin seçilməsində yeni parlament çoxluğuna yardım etmək niyyətindədir.
Mixail Saakaşvili: Yeni parlament çoxluğu yeni hökuməti formalaşdırmalıdır

Gürcüstan, Tbilisi, 2 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti parlamentin yeni sədrinin təsdiq edilməsində və yeni hökumətin və onun rəhbərinin seçilməsində yeni parlament çoxluğuna yardım etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Mixail Saakaşvili çərşənbə axşamı Gürcüstan xalqına xüsusi müraciətində bildirib.

"Baxışlarına görə mənə yad olan siyasi qüvvəni seçən Gürcüstan xalqının seçiminə hörmət edirəm və ölkə başçısı kimi hər cür yardım göstərməyə hazıram", - o deyib.

Saakaşvili onun partiyasına - Vahid Milli Hərəkata səs verənlərə təşəkkürünü bildirib. "Biz öz rəqiblərimizin baxışlarını bölüşmürük, lakin demokratiyaya sadiqik və xalqın fikrinə hörmət edirik", - o qeyd edib.

"Gürcü arzusu"nun məlumatına görə, parlamentə koalisiyanın 80-dən artıq nümayəndəsi keçib.

"Vahid Milli Hərəkat müxalifətə keçir", - Gürcüstan Prezidenti Mixail Saakaşvili xalqa müraciətində bəyan edib.

O qeyd edib ki, müxalifyönlü "Gürcü arzusu"nun seçkilərdə qalib gəldiyi artıq aydındır.

"Bizim üçün bu siyasi qüvvənin baxışları yaddır və biz qızılgül inqilabından sonra son səkkiz il ərzində əldə etdiklərimizi qoruyub saxlamaq, cinayətkarlığın olmaması, "qanun oğruları"nın qayıtmaması, korrupsiyanın üstünlük əldə etməməsi və s. üçün müxalifətdə olacağıq", - o qeyd edib və partiyanın lideri kimi müxalifət siyasətçisi olacağını əlavə edib.

Gürcüstan prezidenti bildirib ki, onun siyasi komandasının apardığı məhz həmin islahatlar Gürcüstanı dünyada tanıtdı və ölkənin tərəqqi etməsinə kömək etdi.

Oktyabrın 1-də Gürcüstanda parlament seçkiləri keçirilib. Seçkilərdə 14 partiya və iki siyasi blok iştirak edib.

Xəbər lenti

Xəbər lenti