Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir A.Tağıyeva/
İsrail Türkiyə ilə münasibətlərin normallaşdırılması niyyəti barədə KİV-ə bəyanat vermək əvəzinə, bu istiqamətdə real addımlar atmalıdır. Ankaranın bu məsələdə mövqeyi aydın və dəyişməzdir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Bundan əvvəl İsrail XİN məlumat vermişdi ki, Təl-Əviv ilkin şərt olmadan münasibətlərin normallaşdırılması üçün Türkiyə ilə danışıqlar masası arxasına oturmağa hazırdır.
Qeyd edək ki, bu yaxınlaradək hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən Türkiyə və İsrail arasında münasibətlər 2011-ci il mayın 31-də İsrail xüsusi təyinatlılarının Qəzzaya istiqamət almış humanitar yük daşıyan "Azadlıq donanması"na hücumundan sonra kəskin pisləşib.