...

İsrail Misirin Baş nazirinin səfəri zamanı Qəzza sektorunda əməliyyatları dayandıracaq

Siyasət Materials 16 Noyabr 2012 10:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir A.Tağıyeva/

İsrail Misirin Baş naziri Hişan Kandilin səfəri zamanı Qəzza sektorunda hərbi əməliyyatları dayandırmaq niyyətindədir. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib. Trend-in məlumatına gögrə, xəbəri "Əl-Cəzirə" telekanalı yayıb.

Misir Prezidenti Məhəmməd Mursi hökumətin başçısına noyabrın 17-də fələstinlilərlə həmrəylik əlaməti olaraq Qəzza sektoruna səfər etməyi tapşırıb.

Mursi İsraili 15 fələstinlinin ölümünə səbəb olan Qəzzanın atəşə tutulması əməliyyatını dayandırmağa çağırıb və bunu "yolverilməz düşmənçilik" adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti