...

Azərbaycan və bir sıra ölkələr arasında imzalanmış sazişlər təsdiq edilib

Siyasət Materials 18 Yanvar 2013 18:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında" sazişi təsdiq edib.
Azərbaycan və bir sıra ölkələr arasında imzalanmış sazişlər təsdiq edilib

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında" sazişi təsdiq edib.

Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" sazişi təsdiq edib.

Bundan başqa, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında" sazişlər təsdiq edilib.

Sazişlər 2012-ci il avqustun 28-də Minsk şəhərində imzalanıb.

Prezident İlham Əliyev 2012-ci il iyulun 26-da Buenos-Ayres şəhərində imzalanmış "Azərbaycan Respublikası və Argentina Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" sazişi təsdiq edib.

Həmçinin, "Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında hava əlaqələri haqqında" sazişdə dəyişikliklərə dair 2012-ci il martın 30-da Bakı şəhərində mübadilə edilmiş notalar təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti