...

Küveyt nümayəndə heyəti Bakıda birgə hökumətlərarası komissiyanın iclasına hazırlaşır

Siyasət Materials 12 Fevral 2013 17:00 (UTC +04:00)
Küveyt Xarici İşlər Nazirliyinin (XİN) İqtisadiyyat İdarəsinin rəhbəri Əli Bin Xaled əl-Sabahın başçılıq etdiyi nümayəndə heyəti fevralın 13-14-də Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Küveyt birgə komissiyasının ikinci iclasına hazırlaşır.
Küveyt nümayəndə heyəti Bakıda birgə hökumətlərarası komissiyanın iclasına hazırlaşır

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir A.Tağıyeva/

Küveyt Xarici İşlər Nazirliyinin (XİN) İqtisadiyyat İdarəsinin rəhbəri Əli Bin Xaled əl-Sabahın başçılıq etdiyi nümayəndə heyəti fevralın 13-14-də Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Küveyt birgə komissiyasının ikinci iclasına hazırlaşır. Bu barədə çərşənbə axşamı Trend-ə Küveytin Azərbaycandakı səfirliyindən bildiriblər.

İclasın Küveyt Baş nazirinin müavini, xarici işlər naziri Sabah Xaled əl-Hamad əl-Sabahın rəhbərliyi altında keçirilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti