...

BƏƏ-nin xarici işlər naziri Azərbaycana səfərə gələcək

Siyasət Materials 20 Fevral 2013 18:13 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl-Nəhyan ilə görüşüb.
BƏƏ-nin xarici işlər naziri Azərbaycana səfərə gələcək

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl-Nəhyan ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin mövcud səviyyəsindən məmnunluq bildirilib və iqtisadi əlaqələrin genişləndirilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib. Nazirlər, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında öz həmkarına məlumat verib və nazirlər arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər nazirini ölkəmizə rəsmi səfərə dəvət edib və dəvət məmnunluqla qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti