...

XİN: Azərbaycan Parisdə azərbaycanlıların döyülməsində günahkar olanların cəzalandırılmasını tələb edir

Siyasət Materials 1 Mart 2013 12:24 (UTC +04:00)
Azərbaycan Parisdə azərbaycanlıların döyülməsində günahkar olanların cəzalandırılmasını tələb edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev cümə günü brifinqdə bəyan edib.
XİN: Azərbaycan Parisdə azərbaycanlıların döyülməsində günahkar olanların cəzalandırılmasını tələb edir

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Parisdə azərbaycanlıların döyülməsində günahkar olanların cəzalandırılmasını tələb edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev cümə günü brifinqdə bəyan edib.

"Adamların gözü qarşısında iki azərbaycanlının döyülməsi faktı yolverilməzdir, günahkarlar cəzalandırılmalıdır", - o deyib.

Abdullayevin sözlərinə görə, baş verənlər erməni diasporu radikallarının əməlidir və bu, onların öz təcavüzkar metodlarından imtina etməyəcəklərini göstərir.

"Bu hərəkət hər şeydən əvvəl, Fransa qanunlarına hörmətsizlkdir. Biz inanırıq ki, günahkarlar cinayət məsuliyyətinə cəlb olunacaqlar", - Abdullayev bildirib.

Qeyd edək ki, fevral ayının 26-da Parisdə Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynоv Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan deputat Fransua Roşebloun və erməni diaspоrunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb.

Fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürоsunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə "Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər" adlı tədbirdə Azərbaycan diaspоru nümayəndələri də iştirak edərək bu gün Хоcalı sоyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti