...

İran prezidentliyinə namizəd seçkilərdə yüksək seçici fəallığının olacağını proqnozlaşdırır

Siyasət Materials 8 Aprel 2013 16:40 (UTC +04:00)
İran xalqı qarşıdakı prezident seçkilərində iştirak etməklə düşmənlərə layiqli cavab verəcək.
İran prezidentliyinə namizəd seçkilərdə yüksək seçici fəallığının olacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İran xalqı qarşıdakı prezident seçkilərində iştirak etməklə düşmənlərə layiqli cavab verəcək. Trend ISNA agentliyinə istinadən məlumat verir ki, bu barədə bazar ertəsi İran prezidentliyinə namizəd Mənuçöhr Möttəki bildirib.

"İranlılar İslam İnqilabının prinsiplərini qoruyacaqlar", - İranın sabiq xarici işlər naziri deyib.

Möttəkinin sözlərinə görə, düşmənlər güman edirlər ki, İrana təzyiq etməklə seçkilərə təsir edə bilərlər, lakin yanılırlar.

Qeyd edək ki, Mənuçöhr Möttəki 5 il ərzində XİN rəhbəri vəzifəsində çalışıb. Hazırda Mühafizəkarlar düşərgəsini təmsil edir.

İranda prezident seçkilərinin bu il iyunun 14-də keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti