...

Ərdoğan Monqolustana rəsmi səfərə yola düşüb

Siyasət Materials 11 Aprel 2013 13:56 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qırğızıstandan Monqolustana rəsmi səfərə yollanıb. Bu barədə Trend cümə axşamı "Anadolu" agentliyinə istinadən məlumat verir.
Ərdoğan Monqolustana rəsmi səfərə yola düşüb

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qırğızıstandan Monqolustana rəsmi səfərə yollanıb. Bu barədə Trend cümə axşamı "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, Ərdoğanı Ulan-Batora rəsmi səfəri zamanı Baş nazirinin müavinləri Bülent Arınç və Bəkir Bozdağ, mədəniyyət və turizm naziri Ömər Çelik, maliyyə naziri Mehmet Şimşək və ölkənin digər rəsmi şəxsləri müşayiət edəcəklər.

Səfər zamanı Ərdoğanın Monqolustanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcəyi və iki ölkənin əməkdaşlığını, habelə birgə layihələrin həyata keçirilməsini müzakirə edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti