...

Əhməd Davudoğlu: Türkiyənin məqsədi qlobal güc olmaqdır

Siyasət Materials 23 Aprel 2013 10:18 (UTC +04:00)
Hazırda Türkiyənin məqsədi sadəcə regional liderə deyil, qlobal gücə çevrilməkdir
Əhməd Davudoğlu: Türkiyənin məqsədi qlobal güc olmaqdır

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A. Tağıyeva/

Hazırda Türkiyənin məqsədi sadəcə regional liderə deyil, eyni zamanda dünyada qlobal gücə çevrilməkdir . Trend-in bazar ertəsi "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Nazirin sözlərinə görə, Ankara bu məqsədə çatmaq üçün mümkün olan hər şeyi edir və Xarici İşlər Nazirliyinin (XİN) yalnız 1 ay ərzində iş qrafikinə baxsaq, bu məqsədə çatmağın mümkün olduğunu görmək olar.

"Türkiyənin məqsədi, ilk baxışdan qeyri-real görünə bilər, lakin Türkiyənin bu istiqamətdə real vəiyyəti və səylərini, həmçinin XİN-in iş qrafikini və çoxsaylı görüşlərini nəzərə alsaq, aydın olar ki, bu məqsədə nail olmaq mümkündür", - Davudoğlu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti