...

Ərdoğan: Qəzzaya səfər təxirə salınmayacaq

Siyasət Materials 23 Aprel 2013 16:18 (UTC +04:00)
ABŞ-ın çağırışlarına görə Qəzzaya səfər təxirə və ya başqa vaxta salınmayacaq.
Ərdoğan: Qəzzaya səfər təxirə salınmayacaq

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A.Tağıyeva/

ABŞ-ın çağırışlarına görə Qəzzaya səfər təxirə və ya başqa vaxta salınmayacaq. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

"ABŞ dövlət katibi Con Kerri mənə Qəzzaya getməmək barədə məsləhət verməməli idi. Səfər təxirə və ya başqa vaxta salınmayacaq", - Ərdoğan qeyd edib.

Qeyd edək ki, Ərdoğanın mayın 16-da Qəzzaya səfər edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti