...

"Heraldonline": Azərbaycan AŞ Nazirlər Komitəsində sədrliyin Ermənistana ötürülməsi haqqında qərara etiraz edib

Siyasət Materials 24 Aprel 2013 13:57 (UTC +04:00)
Azərbaycan Ermənistan tərəfindən Azərbaycana məxsus torğaqların hələ də işğal altında saxlanılmasını və milyonlarla vətandaşının hüquqlarının pozulmasını əsas gətirərək, Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyin Ermənistana ötürülməsi haqqında qərara etiraz edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ABŞ-ın nüfuzlu "Heraldonline" nəşri yazır.
"Heraldonline": Azərbaycan AŞ Nazirlər Komitəsində sədrliyin Ermənistana ötürülməsi haqqında qərara etiraz edib

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E. Tariverdiyeva/

Azərbaycan Ermənistan tərəfindən Azərbaycana məxsus torğaqların hələ də işğal altında saxlanılmasını və milyonlarla vətandaşının hüquqlarının pozulmasını əsas gətirərək, Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyin Ermənistana ötürülməsi haqqında qərara etiraz edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ABŞ-ın nüfuzlu "Heraldonline" nəşri yazır.

Ermənistan iyulda AŞ Nazirlər Komitəsinə altı aylıq sədrliyi qəbul edəcək. Bununla bağlıAzərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı (AŞ PA) nümayəndəsi Elxan Süleymanov AŞ PA-ya məktubla müraciət edib.

"Siz başqa üzv dövlətin ərazisini işğal altında saxlayan dövlətin sədrliyini necə qiymətləndirirsiniz?", - məktubda o, soruşur.

Süleymanov vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərini 20 ildən artıq müddətdə işğal altında saxlamasına, BMT, Avropa Parlamenti və AŞ PA-nın özünün qətnamələrini pozmasına baxmayaraq, onun sədrliyi irəli sürülüb.

Məktubda, həmçinin bu il Ermənistanda keçirilən prezident seçkiləri məsələsi qaldırılaraq bildirilib ki, hakimiyyətdə 26 fevral 1992-ci ildə Azərbaycan şəhəri Xocalıda dinc insanların qətl olunmasında əli olan, keçmiş hərbi komandir Serj Sarqsyan qalıb.

"Seçkiləri müşahidə edən siyasətçi Karin Voldestin rəhbərlik etdiyi AŞ PA komandası seçkilərin düzgün keçirilməsinə dair nəticə çıxarı. Bununla yanaşı, Voldest öz hesabatında Azərbaycan ərazilərinin hərbi yolla işğal edildiyini də vurğulayıb. Bu demokratiya, söz azadlığı və qanunun aliliyi haqqında olan bütün anlayışlara ziddir", - Süleymanovun məktubunda qeyd olunur.

Voldestin hesabatına cavab olaraq Süleymanov beş ölkədən 24 deputatın dəstəyi ilə Ermənistanda keçirilən prezident seçkilərin qeyri-demokratik elan olunması barədə təklif irəli sürüb, lakin o rədd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti