...

Azərbaycanlı deputatlar Macarıstan parlamentində olublar

Siyasət Materials 15 İyun 2013 13:42 (UTC +04:00)
Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun üzvləri Budapeştdə səfərdə olublar.
Azərbaycanlı deputatlar Macarıstan parlamentində olublar

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun üzvləri Budapeştdə səfərdə olublar.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, deputatlar Xanhüseyn Kazımlı, Tahir Rzayev, Rövşən Rzayev və Rasim Musabəyov iki gün ərzində Macarıstanın ictimai-siyasi həyatı, ölkənin ali qanunvericilik orqanının fəaliyyəti ilə yaxından tanış olub, bir sıra görüşlər keçiriblər.

Azərbaycandan olan millət vəkillərini Macarıstan Parlamentinin birinci vitse-spikeri Şandor Lejak, Baş nazir ofisinin beynəlxalq münasibətlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Macarıstan-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri Piter Siyyarto, xarici işlər nazirinin müavini Piter Staray, iqtisadi inkişaf nazirinin müavini Dyord Kozma qəbul edib.

Macarıstan Parlamentində dostluq qrupunun macar həmsədri Marton Döndöşü və qrupun üzvləri ilə keçirilən görüşdə parlament əlaqələrinin genişləndirilməsi, beynəlxalq parlament qurumlarında əməkdaşlıq, Azərbaycan-Macarıstan münasibətlərinin inkişaf perspektivləri və Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti