...

Misir Suriya ilə diplomatik əlaqələri kəsib

Siyasət Materials 16 İyun 2013 02:02 (UTC +04:00)
Misir Suriya ilə diplomatik əlaqələrini kəsdiyini bəyan edib. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Misirin prezidenti Məhəmməd Mursi deyib.
Misir Suriya ilə diplomatik əlaqələri kəsib

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Misir Suriya ilə diplomatik əlaqələrini kəsdiyini bəyan edib. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Misirin prezidenti Məhəmməd Mursi deyib.

"Bu gün biz Suriya və Bəşər Əsəd rejimilə diplomatik əlaqələrin kəsilməsi haqqında qərar qəbul etmişik" - deyən Mursi bildirib ki, Qahirə "Hizbollah"ın Suriya rejimi tərəfdən iştirak etməsini təqdir etmir.

"Misir "Hizbollah"ın Suriyadakı fəaliyyətinə və Suriya xalqına olan təcavüzünə qarşı çıxır. Hərəkat iştirakçıları yubanmadan Suriyanı tərk etməlidir. "Hizbollah"a Suriyada yer yoxdur" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti