...

Niderland Krallığının Azərbaycandakı yeni səfirinin adı açıqlandı (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 İyun 2013 12:12 (UTC +04:00)
Niderland Krallığının Azərbaycandakı yeni səfiri Robbert Qabriels (Robbert Gabriëlse) olacaq. Bu barədə Trendə Niderland Krallığının Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Niderland Krallığının Azərbaycandakı yeni səfirinin adı açıqlandı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 iyun/ Trend, müxbir S.Əhmədova /

Niderland Krallığının Azərbaycandakı yeni səfiri Robbert Qabriels (Robbert Gabriëlse) olacaq. Bu barədə Trendə Niderland Krallığının Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, Robbert Qabriels Aryen Peter Uyterlindeni əvəz edəcək.

Qeyd etmək lazımdır ki, bundan öncə Robbert Qabriels Niderland Krallığının Maltadakı səfiri olub.

Robbert Qabriels 1957-ci ildə Niderlandın Middelburq şəhərində anadan olub. O, Niderlandın Xarici İşlər Nazirliyində fəaliyyətə 1986-cı ildə başlayıb.

Səfir 1999-cu ildən 2003-ci ilədək Niderlandın NATO-dakı daimi nümayəndəliyində siyasi və iqtisadi məsələlər üzrə sədr müavini vəzifəsində çalışıb. Robbert Qabriels 2007-ci ilə kimi Münaqişələrin qarşısının alınması, sülh əməliyyatları və hərbi və mülki əməkdaşlıq şöbəsinin rəhbəri olub. 2007-ci ildə Niderland Krallığının İraqdakı səfiri təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti