...

Türkiyə XİN: "Qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qətnamənin qəbul edilməsini şiddətlə qınayırıq" (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Aprel 2014 14:16 (UTC +04:00)
"ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qətnaməni qəbul etməsini şiddətlə qınayırıq".
Türkiyə XİN: "Qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qətnamənin qəbul edilməsini şiddətlə qınayırıq" (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 11aprel /Trend, müxbir R.Hafizoğlu/

"ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qətnaməni qəbul etməsini şiddətlə qınayırıq". Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan bəyanatda deyilir.

XİN-in rəsmi bəyanatında qeyd olunur ki, Senatın səs çoxluğu ilə qəbul etdiyi qərar səlahiyyətlərin aşılması anlamına gəlir: "Tarixi baxımdan heç bir hüquqi əsası olmayan, sadəcə olaraq siyasi istismara alət olan bu qərarı şiddətlə qınayırıq".

Daha sonra bəyanatda bildirilir: "ABŞ Senatı qeyri-konstruktiv təşəbbüslərlə Türkiyə-ABŞ ikitərəfli əlaqələrinə zərər vermək yerinə, mövcud şəraitdə daha çox əhəmiyyət kəsb edən tarixi ittifaq və ortaqlığımızı gücləndirmək istiqamətli səylər göstərməlidir".

Bəyanatda qeyd olunur ki, 1915-ci il hadisələrinin araşdırılması üçün tüklər və ermənilər tərəfindən ortaq tarixi komissiyanın yaradılması hələ də öz aktuallığını qorumaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti