...

Novruz Məmmədov: Prezident İlham Əliyev Türkiyə ilə dostluqda, qardaşlıqda nə dərəcədə etibarlı olduğunu bir daha nümayiş etdirdi

Siyasət Materials 29 Aprel 2014 10:44 (UTC +04:00)
Biz bir daha şahidi olduq ki, doğrudan da Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin səviyyəsi nə yerdədir.
Novruz Məmmədov: Prezident İlham Əliyev Türkiyə ilə dostluqda, qardaşlıqda nə dərəcədə etibarlı olduğunu bir daha nümayiş etdirdi

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.Mehdiyev/

"Biz bir daha şahidi olduq ki, doğrudan da Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin səviyyəsi nə yerdədir. Azərbaycan Prezidenti İlham Əliyev doğrudan da dostluqda, qardaşlıqda, tərəfdaşlıqda nə dərəcədə etibarlı olduğunu bir daha nümayiş etdirdi". Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Prezident İlham Əliyevin Şərq Tərəfdaşlığı sammitində Ermənistan Prezidenti Serj Sarkisyana cavabına münasibət bildirərkən deyib.

PA rəsmisi düşünür ki, bu, həqiqətən də iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisidir və bundan sonra da Azərbaycan və Türkiyə məhz bu cür ruhda öz tərəfdaşlıqlarını, qardaşlıqlarını, əməkdaşlıqlarını davam etdirəcəklər: "Son bir neçə gün ərzində türk aləmi bununla bağlı yüz minlərlə mövqe bildirdi".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Şərq Tərəfdaşlığı sammitində Ermənistan Prezidenti Serj Sarkisyanın qondarma "erməni soyqırımı" ilə bağlı çıxışına sərt cavab verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti