...

İlham Əliyev Tacikistan Prezidentini təbrik edib

Siyasət Materials 8 Sentyabr 2015 18:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Tacikistan Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Tacikistanın milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan ilə Tacikistanı tarixən yaranmış dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Azərbaycan ilə Tacikistan arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın rifahı, ölkələrimizin firavanlığı naminə bundan sonra da möhkəmlənəcək və dinamik inkişaf edəcək.

Hörmətli Emoməli Şərifoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti