Bakı. Trend:
Dekabrın 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Parlament Assambleyası Bürosunun iclası keçiriləcək. İclasda Milli Məclisin deputatı Azay Quliyev iştirak edəcək.
Trend Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, tədbirdə Avropada miqrant və qaçqın böhranı, bununla bağlı ATƏT və ATƏT Parlament Assambleyası tərəfindən görülməsi mümkün olan tədbirlər barədə fikir mübadiləsi aparılacaq.
İclasda, həmçinin ATƏT PA-nın baş katibi də məruzə edəcək, təşkilatın büdcəsi, növbəti illik sessiyaların gündəliyi və iclasların keçirilməsi tarixləri müzakirə olunacaq.
Tədbirdə deputat A.Quliyevin gündəlikdəki məsələlər barədə çıxışı da nəzərdə tutulub.