Bakı. Anaxanım Hidayətova - Trend:
Azərbaycanın qarşıdakı Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi ölkənin Xəzər regionunda təhlükəsizlik sahəsində ABŞ-ın etibarlı müttəfiqi olmasının göstəricisidir. Bunu Trend-ə siyasi analitik, Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.
Onun sözlərinə görə, bu, həmçinin Azərbaycanın demokratiya sahəsində tərəqqiyə nail olmasının sübutudur.
Ekspert əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ABŞ-ın strateji marağı olaraq qalır: "ABŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam edir".
P.Teys ABŞ-dakı bəzi erməni siyasi qrupların müəyyən konqresmenlərə maliyyə dəstəyi verməsindən təəssüfünü bildirib: "Lakin əminəm ki, Azərbaycana qarşı sanksiyalar uğursuzluğa məhkumdur".