Franko Frattini: BMT-nin sülhməramlı qüvvələr üzərində nəzarət funksiyası olmaldır

Siyasət Materials 10 Mart 2016 15:58 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

BMT-nin müharibələrin qarşısını almaq üçün preventiv tədbirlər görmək hüququ olmalıdır. Trend-in məlumatına görə, bunu bu gün Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumunda İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini deyib.

Onun sözlərinə görə, BMT sülhməramlı qüvvələr üzərində nəzarət funksiyasına malik olmaldır.

Sabiq nazir III Cenevrə sammiti zamanı bu məsələlərin həll ediləcəyinə inandığını söyləyib.

F.Frattini qeyd edib ki, Suriya probleminin həlli yolu tapılmalıdır: "Bu, regiondakı vəziyyətə də təsir göstərə bilər. Suriyanın vahid olması çox böyük əhəmiyyətə malikdir. Regiondakı ölkələri bölsək, bunun bir sonu olmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti