...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə təcrübə formalarını təqdim etməyə hazırdır

Siyasət Materials 4 Aprel 2016 18:48 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, 2002-2004, 2008-2011-ci illərdə İtaliyanın xarici işlər naziri Franko Frattini və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri Zlatko Laqumciya Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıblar.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə təcrübə formalarını təqdim etməyə hazırdır

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, 2002-2004, 2008-2011-ci illərdə İtaliyanın xarici işlər naziri Franko Frattini və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri Zlatko Laqumciya Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıblar.

Başsağlığında deyilir: "Biz Dağlıq Qarabağda uşaqlar da olmaqla, insan tələfatı ilə nəticələnən, gözlənilməz gərginliyə gətirib çıxaran qarşıdurma xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Yaranmış bu vəziyyətlə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından başsağlığımızı və dərin narahatlığımızı bildiririk. Biz inanırıq ki, Siz atəşkəsə nail olmaq məqsədilə bütün diplomatik vasitələrdən və bu vəziyyətdən münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində uzunmüddətli həllində son mərhələyə gətirib çıxara biləcək danışıqlara nail olmaq üçün istifadə edəcəksiniz.

Əgər lazım gələrsə, münaqişənin davamlı və sülh yolu ilə həlli üçün, xüsusilə də bu vəziyyətdə dialoqun bütün mərhələlərinə ehtiyac duyulduğu anda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri özlərinin birgə təcrübə formalarını təqdim etməyə hazırdır. Biz Sizi bu səylərinizdə dəstəkləməyə hazırıq.

Cənab Prezident, xahiş edirik kədərimizlə yanaşı, Sizə olan hörmətimizi və ehtiramımızı qəbul edəsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti