...

Elmar Məmmədyarov Kosta-Rika xarici işlər və etiqad naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 22 May 2016 09:19 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz ilə görüşüb
Elmar Məmmədyarov Kosta-Rika xarici işlər və etiqad naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Kosta-Rika arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, eləcə də iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Tərəflər nazir Manuel Gonzalez Sanzın 2015-ci ilin oktyabr ayında Azərbaycana rəsmi səfərini iki ölkə arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdilər. Həmçinin, Kosta-Rikanın ölkəmizdə səfirliyinin təsis edilməsinin əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini vurğuladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti