...

Fransa erməni təxribatı nəticəsində dinc azərbaycanlıların həlak olması ilə bağlı təəssüfünü bildirir

Siyasət Materials 6 İyul 2017 16:18 (UTC +04:00)
Fransa Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı təəssüfünü bildirir.
Fransa erməni təxribatı nəticəsində dinc azərbaycanlıların həlak olması ilə bağlı təəssüfünü bildirir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Fransa Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı təəssüfünü bildirir.

Trend-in məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Biz iyulun 4-də təmas xəttində Alxanlı kəndində insan ölümü ilə nəticələnən insidentdən təəssüf edirik. Fransa tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırır".

Bildirilir ki, Fransa əvvəlki kimi razılığa gəlinməsi və bu münaqişənin davamlı həlli üçün razılığın əldə olunmasına tam sadiqdir: "Bu, bütün region üçün sabitliyi və çiçəklənməni təmin edəcək".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti