...

Elmar Məmmədyarov: Pakistan da Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər (YENİLƏNİB)

Siyasət Materials 30 Noyabr 2017 12:26 (UTC +04:00)
Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri arasında çox intensiv məsləhətləşmələr keçirildi.
Elmar Məmmədyarov: Pakistan da Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri arasında çox intensiv məsləhətləşmələr keçirildi.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib: "Bu üçtərəfli görüş bizim münasibətlərimizdə daha bir mərhələdir. Biz əmtəə dövriyyəsini artırmaq barədə razılığa gəldik. Biz bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik".

E.Məmmədyarovun sözlərinə görə, görüşdə razılıq əldə olundu ki, Pakistan da Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər: "Biz müdafiə sahəsində əməkdaşlığı da intensivləşdirmək niyyətindəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti