...

"Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsi qəbul olundu

Siyasət Materials 13 Fevral 2018 16:34 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsi qəbul olunub.
"Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsi qəbul olundu

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsi qəbul olunub.

Trend-in məlumatına görə, qanun layihəsi haqqında Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib. O, deyib ki, bu sənəd prezidentin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən hazırlanıb.

Sədrin sözlərinə görə, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. V.Ələsgərov qeyd edib ki, azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.

Qanun layihəsi 5 fəsil, 30 maddədən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti