...

Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir (FOTO)

Siyasət Materials 28 Fevral 2018 12:26 (UTC +04:00)
Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir.
Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir (FOTO)

Bakı. Trend:

Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, seminarda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara hava əməliyyatlarının aparılması, hava nəqliyyatı əməliyyatlarının planlaşdırılması və icrası, eləcə də müharibə zonasında axtarış-xilasetmə əməliyyatlarının keçirilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Tədbirdə müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti