...

Bəzi bloqerlər məntəqə əməkdaşlarının işinə müdaxilə edirlər - Mikayıl Rəhimov

Siyasət Materials 23 Dekabr 2019 15:03 (UTC +04:00)
Bəzi bloqerlər seçki məntəqələrində narazılıq yaradır, məntəqə əməkdaşlarının işinə müdaxilə edirlər.
Bəzi bloqerlər məntəqə əməkdaşlarının işinə müdaxilə edirlər - Mikayıl Rəhimov

Bakı. Elçin Mehdiyev – Trend:

Bəzi bloqerlər seçki məntəqələrində narazılıq yaradır, məntəqə əməkdaşlarının işinə müdaxilə edirlər.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

M.Rəhimovun sözlərinə görə, hətta seçki məntəqələrinin birində seçici ilə bloqer arasında narazılıq yaranıb, seçici bloqerin onu çəkməsinə etiraz edib: “Bəzən bloqerlər seçki prosesinə mane olurlar, məntəqələrin işinə yersiz müdaxilə edirlər”.

MSK rəsmisi əlavə edib ki, ümumilikdə bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər aktivlik var: “Əvvəlki seçkilərlə müqayisədə namizədlərin sayında və siyasi partiyaların iştirakında da aktivlik müşahidə olunur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti