Deputat: Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır

Deputat: Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli mətbuata müsahibəsi zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistanın təxribatçı əməlləri ilə bağlı həm Ermənistana, həm də onun havadarlarına çox ciddi və açıq mesajlar verdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputat bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaq və status kvonu saxlamaq üçün bütün çirkin əməllərə və təxribatlara əl atır.

A.Həsənova qeyd edib ki, Ermənistanın çirkin əməllərindən biri də bütün beynəlxalq qanunları ayaqlar altına ataraq işğal edilmiş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma həyata keçirərək demoqrafik vəziyyəti süni şəkildə dəyişməyə cəhd etməkdir:

“Ermənistan artıq uzun müddətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma siyasəti aparır. Ermənilər işğal altındakı ərazilərimizdə 1992-ci ildən başladıqları qanunsuz və süni məskunlaşdırma siyasətini bu gün də davam etdirərək beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə konvensiyasını kobud şəkildə pozur, beynəlxalq qanunları, beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri heçə sayır.

Suriyadan, İraqdan və Livandan Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülən ermənilər isə əsasən həmin ölkələrdə terrorçuluq fəaliyyəti ilə məşğul olan muzdlu döyüşçülərdir.

Ermənistanın xarici ölkələrdən muzdlu döyüşçülər gətirməsi uzun müddətdir ki, intensiv şəkildə davam edir. Azərbaycana qarşı Ermənistanın apardığı müharibədə xarici ölkələrdə yaşayan erməni terrorçular və muzdluların iştirak etməsi sirr deyil. Hətta keçmiş prezident Serj Sərkisyan ilk dəfə Prezident seçkilərinə qatılanda seçicilərlə görüşündə Suriya və İraqdan 60 min PKK üzvünün Dağlıq Qarabağa gətiriləcəyini bildirmişdi. Bu proses bu gün də davam etməkdədir və Livandan da ermənilərin işğal edilmiş ərazilərimizə köçürülməsi həyata keçirilir.

Livanın paytaxtı Beyrutda baş verən partlaışdan sonra həmin ölkədən ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi prosesi daha intensiv xarakter alıb. “Respublika Armeniya” saytının verdiyi məlumata görə, Livandan 20 min erməni ailəsinin gətirilməsi planlaşdırılır. Avqustun axırlarında isə 800 erməni İrəvan vasitəsi ilə Dağlıq Qarabağa gətirilib.

Ermənistan çalışır ki, işğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda etnik ermənilərin sayını qeyri-qanuni köçürmələr hesabına 300-500 min nəfərə çatdırsın. Həmin insanların əsasən terrorçuluq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq bunun region üçün nə dərəcədə təhlükəli bir proses olduğunu aydın görürük”.

A.Həsənova qeyd edib ki, terroru dövlət siyasətinə qaldıran Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik vəziyyəti süni şəkildə dəyişməyə cəhd göstərməsi beynəlxalq müharibə cinayəti hesab olunur:

“Ermənistan bu hərəkəti ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində bütün imkanların üzərindən xətt çəkir. Buradan aydın görünür ki, Ermənistan danışıqlar prosesindən imtina edir və münaqişənin hərbi yolla həll ediməsinə zəmin yaradır.

Ermənistanın baş naziri Nikol Paşinyanın və arvadı Anna Akopyanın Tovuz hadisələrindən sonra davranışları da bu ölkənin terrorçu və işğalçı mahiyyətini bir daha ortaya qoyur.

Tovuz hadisələrindən sonra avqustun 29-da Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri, orada yaratdığı erməni hərbi birləşmələri ilə görüşü, o cümlədən Paşinyanın arvadı Anna Akopyanın 25-31 avqust tarixlərində özü kimi qadınları da yığaraq Azərbaycanın işğal altındakı Xocalı şəhəri yaxınlığında hərbi təlimlər təşkil etməsi açıq aydın Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur və sülh danışıqlarından imtina etməsi anlamına gəlir. Baş verən bu hadisələrin ardıcıllığı onu göstərir ki, danışıqlar prosesini pozmaq və status kvonu dəyişməz saxlamaq üçün bütün təxribatlara əl atır, bütün beynəlxalq qanunları kobud şəkildə pozur”.

Deputat vurğulayıb ki, dünya ictimaiyyəti, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini pislədiyi halda indiyə qədər Ermənistan öz çirkin əməllərindən geri çəkilmir:

“Ermənistanın işğalçı olduğunu təsdiq edən kifayət qədər beynəlxalq sənəd var. BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların erməni işğalı ilə bağlı qəbul etdiyi qətnamələr və sənədlər hər kəsə yaxşı məlumdur. Lakin Ermənistan bu sənədlərin heç birinə məhəl qoymur və öz qanunsuz əməllərini davam etdirir. Təəssüfləndirici amil isə ondan ibarətdir ki, Ermənistana qarşı həmin beynəlxalq təşkilatlar, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu heç bir təzyiq göstərmir. Ermənistan isə bu cəzasızlıqdan ilham alaraq növbəti cinayətlərə, qanunsuzluqlara və təxribatlara əl atır.

Bütün baş verənlər eyni zamanda onu göstərir ki, Ermənistan növbəti təxribatlara və müharibəyə hazırlaşır. Cənab Prezident İlham Əliyev müsahibəsində bu məsələni də qeyd edərək Ermənistana layiqli cavab veriləcəyini diqqətə çatdırdı.

Dövlət başçsı bir daha bəyan etdi ki, Azərbaycan mütləq öz torpaqlarını işğaldan azad edəcək: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağıdılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”.

Ermənistan cənab Prezident İlham Əliyevin bu mesajından nəticə çıxarmalıdır. Bu gün bütün beynəlxalq qanunlar Azərbaycanın tərəfindədir, öz torpaqlarını erməni terrorçularından təmizləmək Azərbaycanın haqq işidir və beynəlxalq qanunlara tam uyğundur. Eyni zamanda Azərbaycanın qüdrətli ordusu hər zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Həm Aprel döyüşləri, həm Günnüt əməliyyatı, həm də Tovuz istiqamətində gedən döyüşlər Azərbaycan ordusunun gücünü və döyüş əzmini, xalqımızın vətənpərvərlik ruhunu, Ermənistanın isə zəifliyini və acizliyini ortaya qoydu. Azərbaycan heç zaman torpaqlarının işğal altında qalmasına razı olmayacq.

Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır. Azərbaycanın işğal altındakı ərazilərinə köçürülən ermənilər isə unutmamlıdırlar ki, onlar bu ərazilərdə daimi yaşaya bilməyəcəklər. Azərbaycan mütləq öz ərazi bütövlüyün bərpa edəcək və işğal edilmiş ərazilərimizi bütün erməni terrorçularından təmizləyəcək”.

Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Loading Bars
Xəbər lenti
Tramp Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-ın nüfuzunun minimuma endiyini deyib
Ağ Ev ABŞ və Rusiya liderlərinin mümkün görüşünü şərh edib
Dünyada koronavirusa qarşı 8 milyarddan artıq istifadə edilib
Çavuşoğlu və Blinken Azərbaycan və Ermənistanı müzakirə ediblər
Ərdoğan yeni xəzinədarlıq və maliyyə naziri təyin edib
Dünyada beynəlxalq miqrantların sayı 281 milyona çatıb
İtaliyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunması icazə verilib
İngiltərə Premyer Liqası: "Liverpul" "Evertonu" darmadağın edib, "Çelsi" növbəti qələbəsini qazanıb
ABŞ-da atışma olub, ölənlər var
OPEC ölkələri yeni baş katib seçəcəklər
İsraildə Milli Antiterror Bölməsi yaradılacaq
ABŞ-da "omikron" ştammına ilk yoluxma halı aşkarlanıb
Ombudsman Səbinə Əliyeva İtaliyaya rəsmi səfər edib
İran-Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib
23 ölkədə koronavirusun "omikron" ştammına yoluxma halları qeydə alınıb - ÜST
Bakıda ikimərtəbəli evdə partlayış olub
Ermənipərəst dairələrin maliyyələşdirdiyi "siyasi mühacirlər" "Qarabağ"ın matçına təxribatlar hazırlayır
Türkiyədə son sutkada koronavirusdan 24 113 nəfər sağalıb
"Petkim" xaricdə 350-dən çox müştəri portfelinə malikdir
Qazaxıstan səfiri helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir
Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
Oqtay Gülalıyev sağdır, səhhəti yaxşıdır - Oğlu
DGK büdcə öhdəliyinə 111 faizdən çox əməl edib
Bu gun razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur - DİN
Qazi Universiteti, AzTU və MDU üçtərəfli işbirliyi çərçivəsində elmi seminar keçirilib (FOTO)
UNEC İqtisadi Forumun birinci günü uğurla başa çatıb (FOTO)
Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 795 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun növbəti iclası keçirilib
ABB-də cəmi 13%-lə kredit fürsəti!
ABŞ səfiri Tərtərə səfər edib (FOTO)
Azərbaycan və Ermənistanın xarici işlər naziri İsveçdə görüşəcək
AzTV DSX-nin helikopterinin qəzaya uğraması ilə əlaqədar olaraq efir proqramında dəyişiklik edib
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Dekabrın 2-nə USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Helikopter qəzası ilə bağlı yayılan şayiələr - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Ölkədə ilk özəl kiber təhlükəsizlik R&D mərkəzinin açılışı oldu (FOTO)
Daha bir qrup qazi 4-cü nəsil elektron protezlə təmin edildi (FOTO)
ABŞ-ın MLI İnstitutu Azərbaycana daha 8 minaaxtaran it göndərib (FOTO)
Almaniyada İkinci Dünya müharibəsindən qalan bomba partlayıb, yaralılar var
Helikopter qəzasında yaralanan hərbçilər hadisə anından danışdı (FOTO/VİDEO)
Bakıdakı böyük xəstəxanaların tibb işçiləri həkim çatışmazlığı olan yerlərə təhkim ediləcək
Avrokomissiya Aİ ölkələrini səyahət məhdudiyyətlərinin tətbiqinə hazır olmağa çağırıb
Bakıda qanunsuz aksiya keçirilməsinin qarşısı alınıb - DİN
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
Bərdədə güclü külək binanın damını uçurub (FOTO)
Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu xətti yenidən qurulur (FOTO)
Türkiyənin AFAD nümayəndə heyəti Azərbaycanda səfərdədir
UNEC İqtisadi Forumu 2021: Nobel mükafatı laureatı Aziz Sancar alimlərlə görüşüb (FOTO)
Bu il Azərbaycanda 654 nəfər QİÇS-ə yoluxub
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
Azərbaycanda 2018-ci illə müqayisədə ötən il QİÇS-dən ölənlərin sayı 2 dəfədən çox azalıb
Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsul satışının genişləndirilməsinə dəstək Qaydası təsdiqləndi
Helikopter qəzasının səbəbini bilmədən müxtəlif versiyalar səsləndirmək ordunun imicinə zərbə vurmaqdır - Hərbi ekspert
Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin edilib
Ötən ay işğaldan azad olunan ərazilərdən 610 mina aşkarlanıb
Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlandı
Dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Almaniyanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib
Ombudsman Aparatının əməkdaşları şəhidlərlə vida mərasimində iştirak ediblər
Bakı metropolitenində dizel stansiyası fəaliyyətə başlayıb - Özəl (FOTO)
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri görüşəcək
STAR Zavodu 28 fərqli növ xam neftin testini edib
Bakıda restoranda yanğın olub
"Omikron" daha bir ölkədə aşkar olundu
Hakimliyə namizədlər üçün imtahan keçirilib
"Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir (FOTO)
AHİK onun barəsində mətbuatda dərc olunan əsassız iradlara cavab verdi
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)
DSX-nin şəhid hərbçiləri II Şəhidlər Xiyabanında dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
AccessBank-dan illik 14%-lə nağd kredit!
Star zavodu Türkiyənin işlənmiş neft məhsulları ehtiyacının təxminən 25%-ni qarşılayır - Baş icracı direktor
Gürcüstanın xarici işlər naziri Azərbaycana başsağlığı verib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb
Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı proqram hazırlanır - Zaxarova
Kırıkkale Universitetinin və Atatürk Universitetinin professorları Gəncə Dövlət Universitetinə səfər ediblər (FOTO)
Sabunçuda bir nəfəri qətlə yetirən, digərini yaralayan şəxslər həbs edilib
Macarıstan azərbaycanlı tələbələr üçün təqaüd proqramına start verib
"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək
Allahşükür Paşazadə DSX-nin şəhid hərbçilərinin ailələrinə başsağlığı verib
Gürcüstan səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib
Təl-Əviv dünyanın ən bahalı şəhəri olub
Taksi sürücüsünə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb (VİDEO)
Laçında hava limanının tikintisi bölgənin beynəlxalq statusunu artıracaq - Səttar Möhbalıyev
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər - Elçin Quliyev
Metronun “Xocəsən” stansiyasında tikinti-quraşdırma işləri tamamlanır (FOTO)
Bəzi şəxslər helikopter qəzasından siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərirlər - Kamran Əliyev
Metronun daha bir deposunun inşasında birinci mərhələ davam edir (FOTO)
Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir - Tamam Cəfərova
Bakıda metro stansiyası yaxınlığındakı yanğın söndürülüb
Putinlə Ərdoğan arasında telefon danışığı olacaq
Sabah hava necə olacaq?
Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib (FOTO)
AQTİ ictimai iaşə sahəsində çalışan mütəxəssisləri təlimə dəvət edir
Bərdə sakinlərindən “patı” götürülüb (FOTO)
"Omikron" ştammının mutasiyaları mövcud vaksinlərə qarşı dayanıqlı ola bilər - CDC
Bütün xəbərlər