...

Müdafiə Nazirliyi: Düşmən tərəfinin yaydığı məlumat növbəti təxribatdır

Siyasət Materials 10 Oktyabr 2020 11:18 (UTC +04:00)
Müdafiə Nazirliyi: Düşmən tərəfinin yaydığı məlumat növbəti təxribatdır

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır.

Trend-in məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir: "Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti