...

Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb (VİDEO)

Siyasət Materials 12 Oktyabr 2020 13:09 (UTC +04:00)

Bakı. Trend:

Döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir.

Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb.

Trend nazirliyə istinadən həmin məntəqələrin fəaliyyəti ilə bağlı hazırlanan videosüjeti təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti