...

Prezident İlham Əliyev: Füzuli şəhəri və rayonun bir neçə kəndi işğalçılardan azad edilib

Siyasət Materials 17 Oktyabr 2020 10:23 (UTC +04:00)
Prezident İlham Əliyev: Füzuli şəhəri və rayonun bir neçə kəndi işğalçılardan azad edilib

Bakı. Trend:

Bu gün Füzuli rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğalçılardan azad edilib.

Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti